Xəzəri ən çox çirkləndirən şirkətlərin adları açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizini çirkləndirən əsas mənbələrin adlarını açıqlayıb. ETSN-in əməkdaşı Mirsalam Qənbərov bildirib ki, Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır. Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Xəzəri lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir.
Xəbərlər yüklənir...









